Yüksək Texnologiyalar Parkında Xose Esteves tərəfindən aparılan “Müəssisə Geymifikasiyası Sənəti” adlı master klass keçirilmişdir

Yüksək Texnologiyalar Parkında Madridin IE (İnstituto de Empresa) İnstitunun dünya şöhrətli professoru Xose Esteves tərəfindən “Müəssisə Geymifikasiyası Sənəti” adlı möhtəşəm master klass keçirilmişdir. Tədbirin iştirakçıları nəzəriyyə ilə yaxından tanış oldular və geymifikasiyanın dünyada məşhur nümunələrini izlədilər.

Sosial oyunlar və geymifikasiya üsullarının populyarlığı sürətlə artır. Aparıcı şirkətlər marketinq, insan resurslarının idarəetməsi, məhsuldarlığın artırılması, təlim, innovasiya və müştəri məşğuliyyəti kimi müxtəlif məqsədlərə çatmaq üçün oyun dizaynerlərinin üsullarından istifadə edərək öz təcrübələrində geymifikasiyadan istifadə edirlər. Simvolik kapital, öz müqəddəratını təyin etmə nəzəriyyəsi və qarşıya qoyulan məqsədlərə əsaslanaraq, Professor Xose Esteves nümunəvi şirkətlərin istifadə etdiyi uğurlu geymifikasiya fəaliyyətlərinin xüsusiyyətlərini araşdırdı.

// Play
>> Skip