Yüksək Texnologiyalar Parkında növbəti tədbir keçirilir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkının (“YT Park”) dəstəyi ilə “Azerbaijan Testing Board” (AZTB) və Türkiyənin “Keytorc” şirkəti ilə birgə “Bakı Test Günləri” (TestBaku) adlı beynəlxalq təlim keçirilir.

“Bakı Test Günləri”  təlimi əsasən test mühəndisləri, keyfiyyətin təminatı üzrə mütəxəssislər, biznes analitikləri, sistem analitikləri, proqram təminatı üzrə peşəkarlar, proqramçı mütəxəssislər və layihə menecerləri üçün nəzərdə tutulub. Şərqi Avropa və Qafqaz regionunda keçirilən tədbirlər silsiləsinin (Test İstanbul, Test Finans, Test Romania) bir hissəsi olan “Test Baku” tədbirinin konsepti iki hissədən ibarət olan müzakirə paneli şəklindədir.

Bu təlimdə Qafqaz Universiteti, “Keytorc”, “Bank of Baku”, “YapıKredi Bank Azerbaijan”, “PROSYS” və  “Azerbaijan Testing Board” şirkətinin rəsmiləri və nümayəndələri mühazirələrlə çıxış edəcəklər.

Mənbə: ictnews.az

// Play
>> Skip