Yüksək Texnologiyalar Parkı “CeBIT-2014” sərgisində təmsil olunacaq

Azərbaycan “CeBIT-2014″ informasiya texnologiyaları üzrə sərgisində mili stend ilə iştirak edəcək.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nazir müavini Elmir Vəlizadənin başçılıq etdiyi geniş nümayəndə heyəti ilə iştirak edəcəyi sərgi martın 10-dan 14-dək Hannover şəhərində (Almaniya) keçiriləcək.

Milli pavilyonda Azərbaycan İT şirkətlərinin nailiyyətləri və ölkədə İKT sahəsində  həyata keçirilmiş iri layihələr nümayiş ediləcək. Bundan başqa milli pavilyonda həmçinin Yüksək Texnologiyalar Parkı da təmsil olunacaq.

Hannoverdə 1986-cı ildən etibarən keçirilən sərgi bu il səkkiz istiqamət üzrə bölünəcək: müəssisələrin resurslarının planlaşdırılması və məlumatların analizi, korporativ kontentin idarə edilməsi, veb və mobil həllər, İT xidmətləri, təhlükəsizlik, kommunikasiyalar və şəbəkələr, infrastruktur və məlumatların emalı mərkəzləri, həmçinin araşdırmalar və innovasiyalar.

Sərgi İT infrastrukturu və biznesin istiqamətləri, kommunikasiyalar, telematika, naviqasiya, nəqliyyat və loqistika, ictimai istehlak sektoru, internet və mobil rabitə vasitələri sahəsində yeniliklər və maliyyə, istehlakçılar üçün elektronika  və s. seksiyalar üzrə keçiriləcək.

Mənbə: ictnews.az

// Play
>> Skip