Yüksək Texnologiyalar Parkı beynəlxalq sərgidə iştirak edir

Mayın 13-16 Yüksək Texnologiyalar Parkının nümayəndələri Moskvada keçirilən “Svyaz-Ekspokomm-2014″ konfrans-sərgisində iştirak ediblər.

İştirakçılar YTP-nın fəaliyyəti, o cümlədən funksiyaları və öhdəlikləri ilə tanış olmuş və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Pavilyonunda Parkın təqdim etdiyi unikal güzəştlər haqda məlumatlandırılmışdırlar.

Eyni zamanda YTP Azərbaycan təmsilçiləri gələcəkdə qarşılıqlı əməkdaşlıq qurmaq məqsədilə informasiya və kommunikasiya sahələrində çalışan müxtəlif aparıcı şirkətlər ilə görüşlər keçirmişdirlər.

// Play
>> Skip