Yüksək Texnologiyalar Parkı “Bakutel-2014″ sərgisində böyük komanda ilə iştirak edir

2 dekabr tarixində Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya texnologiyaları” (“Bakutel” 2014) sərgi və konfransı öz işinə başladı. Sərgi zamanı dünyanın 23 ölkəsindən 250-dən artıq şirkət öz ən yaxşı iş, layihə və xidmətlərini təqdim etdilər.

Sərgi iştirakçıları arasında xüsusi maraq göstərilən pavilyonlardan biri də Yüksək Texnologiyalar Parkına məxsus idi. YTP-nın stendində 26 startap layihə və 6 prototip nümayiş olunmaqla bərabər, hər gün gənc sahibkarlar üçün müxtəlif mövzularda panel müzakirələr keçirilirdi.

İKT sahəsi üzrə ən iri ixtisaslaşmış tədbir olan “Bakutel” sərgisi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian”, “ITE Group Plc” və “Caspian Event Organisers”” (СЕО) şirkətləri çıxış edirlər.

// Play
>> Skip