YTP-nın Britaniya Ticarət Palatası ilə görüşü

Dünən Yüksək Texnologiyalar Parkında 30 Sentyabrdan 2 Oktyabra kimi Bakıda səfərdə olan Britaniya Ticarət Palatası ilə görüş keçirmişdir.

Görüşdə Britaniya şirkətlərinin Azərbaycan bazarında iştirakı, təhsilin və universitetlərlə olan əlaqələrin vacibliyi və gələcəkdə potensial əməkdaşlığın mümkünlüyü müzakirə edilmişdir. Britaniyadan olan nümayəndə heyətinin tərkibinə daxil olan Flowcrete,Concept.com Technologies LTD, Telent, Vision Solutions, Concerto, PTS kimi şirkətlər və Böyük Britaniyanın Azərbaycandaki səfirliyinin nümayəndələri iştirak etmişdilər.

// Play
>> Skip