YTP İE Biznes Məktəbinin professoru tərəfindən aparılan növbəti master klassa ev sahibliyi etmişdir

Yüksək Texnologiyalar Parkı İE Biznes Məktəbi ilə birgə Professor Rafael Martins tərəfindən aparılan “Korporativ Maliyyəşdirmə” adlı master klass təşkil etmişdir. Master klass zamanı Cənab Martins Biznesin Maliyyələşdirilməsi, onun iqtisadiyyatın inkişafında olan rolu, və əsas tərkibi barəsində məlumat vermişdir. Master klassın sonunda o həmçinin son zamanlarda Lehman Brothers hadisələri ilə olan əlaqəsinə görə məhşurlaşan Qiymətli Kağızların Təhlükəsizliyinin Təminatı ilə bağlı danışdı.

Professor Rafael Martins de Lima İE Biznes Məktəbi və 20 digər institutda 8 il müəllimlik təcrübəsinə malik olan, Maliyyə Bazarları, Risk İdarəetməsi və Maliyyə İdarəetməsi sahələrində ekspertdir.

// Play
>> Skip