Türkiyənin İstanbul şəhərində “CeBİT Bilişim Eurasia” sərgisi keçirilir

Azərbaycanı tədbirdə Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

Sərgini ziyarət edən Türkiyə Respublikasının yüksək vəzifəli şəxsləri Azərbaycan Milli pavilyonunda təmsil olunan dövlət və özəl qurumlarının, o cümlədən Yüksək Texnologiyalar Parkının stendi ilə də yaxından tanış olmuşdular.

CeBİT Bilişim Eurasia diqqətini yeni qabaqcıl biznes həllərinə əsaslanan biznes dairələrinin qurulması ətrafında cəmləmiş Avrasiyanın 1 nömrəli rəqəmsal biznes və texnologiya platformasıdır.

// Play
>> Skip