Technimum.com resursunun rəsmi təqdimat mərasimi keçirildi

Ölkənin ən nüfuzlu 2 resursunun birləşməsi nəticəsində yaranan technimum.com portalının rəsmi təqdimat mərasimi keçirilib.4 mart 2014-cü il tarixində Yüksək Texnologiyalar Parkında gerçəkləşən mərasimində bir sıra dövlət qurumlarının, özəl şirkətlərin nümayəndələri, İKT ekspertləri iştirak edib.

Azərbaycanın ilk mobil biznes portalı olan «MoBiz» (mobil biznes) və «Weboxu» (İT) layihələrinin birləşməsi nəticəsində yaranan technimum.com kollektivi tədbi iştirakçıları qarşısında çıxış edərək, əsas məqsəd və fəaliyyət prioritetlərini açıqlayıblar.

Saytın həmtəsisçisi və ideya müəlliflərindən biri olan Məmməd Kərimov bildirib ki, technimum.com resursunun yaradılmasında əsas ideya İKT sahəsində minimumdan maksiumum səviyyəyə gedən yolda bu sahə üçün nəzərdə tutulan ən yüksək səviyyənin- «technimum» səviyyəsini meydana çıxartmaqdır.

Saytın həmtəsisçilərindən və analitik məzmun tərtibatçılarından biri olan Şaiq Muradov isə layihə ilə bağlı bu fikirləri ifadə edib: «Güclərimizi birləşdirərək həm daha geniş oxucu auditoriyasına xitab edəcəyik, həm də hər iki resursun güclü tərəflərini birləşdirib daha mükəmməl bir resurs halına gətirəcəyik. Technimum.com -da mobiz.az və weboxu.com saytlarının bütün məlumat arxivləri toplanılıb, birləşmə nəticəsində məlumat itgisinə yol verməməyə xüsusi səy göstərmişik” — deyə bildirib.

technimum.com portalının redaktoru Ellada Mustafayeva bildirib ki, İKT sahəsi ilə bağlı ən maraqlı məlumatları, təhlilləri, beynəlxalq və yerli tədbirlərdə aktiv təmsilçilik əsas məqsədlərə daxildir: “Düşünürük ki, bu birlik həm bizim üçün, həm oxucularımız üçün faydalı olacaq. Çünki bu layihədə hər iki resursun ən güclü tərəfləri əks olunacaq. Bu baxımdan Azərbaycanda İKT sahəsi üçün çox uğurlu işlərə və layihələrə imza atmağı hədəfləyirik. Bu birlik bizə həm də qlobal səviyyədə inkişaf etmək üçün perespektivlər vəd edir. Ümidvarıq ki, bu sahənin inkişafı üçün hədəflədiyimiz “texnimum” səviyyəni fəaliyyətimizlə nümayiş etdirə biləcəyik”.

Mənbə: technimum.com

// Play
>> Skip