Startup Bakı Toplantısı keçirilib

28 Aprel Startup Azərbaycan layihəsi çərçivəsində Yüksək Texnologiyalar Parkında Startup Bakı Toplantısı keçirilib. Tədbirdə startupçılar, İT ekspertlər və mütəxəssislər, proqramçılar, developerlər  və dizaynerlər və digər internet biznesinə maraq göstərən şəxslər iştirak edirdilər.

Görüşdə İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov,  Fondun əməkdaşı Anar Cəfərov, YT Parkın direktoru Seymur Ağayev  çıxış edərək startuplar üçün yaradılan şərait, mövcud resurslar və élan olunan Qrant müsabiqəsi haqqında ətraflı məlumat veriblər.

Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq toplantının məqsədi, ölkədə İnternet biznesin vəziyyəti, Startup Azərbaycan Layihəsi, Startup Müsabiqəsi haqqında geniş məlumat verib. 

Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Startup Azərbaycan Layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənir.

Mənbə: startup.az

// Play
>> Skip