“İnnovasiyaların təşviqi və startapların inkişafı” adlı seminar keçirilib

Cari ilin 20 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə “İnnovasiyaların təşviqi və startapların inkişafı” adlı seminar keçirilmişdir.

Tədbirdə Yüksək Texnologiyalar Parkının nümayəndələri ilə yanaşı, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Gənclər Evinin, həmçinin “HTech İnvest” şirkətinin nümayəndələri iştirak etmişdirlər.Tədbirin əsas məqsədi Azərbaycanın bölgələrində startap hərəkatını formalaşdırmaq, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək vermək, innovasiyaların və texnologiyaların təşviqini genişləndirməkdir.

Qeyd edək ki, Mingəçevir Texnologiyalar Parkının İnkubasiya Mərkəzinə layihələrin qəbuluna start verilmişdir.Layihələr xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.Texnologiyalar Parkının meyarlarına uyğun gələn layihələr Parkın İnkubasiya Mərkəzində fəaliyyət göstərmək imkanı qazanacaq.

Bundan başqa, İnkubasiya Mərkəzində lazımi şəraitlə yanaşı, digər imkanlardan da yararlanmaq mümkün olacaq. Belə ki, layihə rəhbərləri mentor xidmətləri və investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin olunacaq.

Mənbə: www.ictnews.az

// Play
>> Skip