Professor Kennet Morsun “İdeyaların Qlobal səviyyədə Bazara çıxarılması” təlimi

Martın 10-da Yüksək Texnologiyalar Parkında təşkil edilən təlimdə Texnologiya Sahibkarlığı Mərkəzinin Massaçusets İnstitutunun icraçı direktoru, ABŞ Innovasiya va Sahibkarliq Komitəsinin Ekspertlər Şurasının üzvü, hal-hazırda Barselonada ESADE Biznes məktəbinin professoru, sahibkar Ken Mors “İdeyaların Qlobal səviyyədə Bazara çıxarılması” adlı mühazirə ilə çıxış edib.40-dan artıq iddialı sahibkarın iştirak etdiyi təlim mühazirələr və araşdırmalar, potensial müştərilər qarşısında “elevator sales pitch” sınama, interaktiv müzakirələr, iştirakçıların təqdimatları ilə davam edib.

Bu kurs Azərbaycanlı sahibkarların uzunmüddətli, etibarlı, səmərəli və qarşılıqlı faydaya əsaslanan müştəri-satıcı münasibətlərinin qurulmasında peşəkarlığın artırılmasını təmin etmək üçün nəzərdə tutulmuşdur.

Tədbir iki hissədən ibarət idi: Birinci hissəyə professor Ken Morsun qlobal rəqabət qarşısında uğura nail olmağın yolları, satışların effektivliyinin artırılması imkanları üzrə mühazirələri və “elevator sales pitch” əsasları daxil olub. İkinci hissədə isə Azərbaycanın ən məhşur şirkətləri və institutlarından olan rəhbərlər, biznesin inkişafı və ən güclü satış menecerlərini özündə cəmləyən münsiflər heyəti qarşısında çıxışlar həyata keçirilib. Bütün sahibkarlar bu sessiyada fəal iştirak ediblər və onlardan 4-ü münsiflər heyəti tərəfindən ən maraqlı və kreativ çıxış kimi seçilib. Beləliklə, rumıniyalı gənc sahibkar Alex Apetrei 16,35 balla birinci yerə layiq görülüb. İkinci yerin sahibləri 15,67 balla Rəşid Əliyev və 15,14 balla Elşad Yusifli olub. Üçüncü yerə isə 14,78 balla Şahin Əliyev layiq görülüb.

Təlimin sonunda professor Mors bütün qalibləri təbrik edərək, sahibkarlara fəal iştiraklarına görə təşəkkürünü bildirib. O, xüsusilə tədbirin gözəl təşkilatına görə Yüksək Texnologiyalar Parkının komandasına təşəkkürünü bildirib və Aprelin 14-15 keçiriləcək növbəti təlimi səbirsizliklə gözlədiyini diqqətə çatdırıb. Ken Mors və onun həmkarlarının növbəti tədbirləri haqda daha ətraflı məlumatı www.entrepreneur.az saytından əldə edə bilərsiniz.

// Play
>> Skip