Bu gün İnqrid Rosten Yüksək Texnologiyalar Parkında mühazirə ilə çıxış edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi, həmçinin nazirliyin tabeliyində Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC və “GoldenPay” şirkətinin birgə təşkilatçılığı ilə beynəlxalq səviyyəli mentor İnqrid Rosten Yüksək Texnologiyalar Parkında biznes inkubator nümayəndələrinin qarşısında mühazirə ilə çıxış edib.

İnqrid Rosten Silikon Vadisində, NASA Kosmik Proqramında, həmçinin 30-dan çox beynəlxalq biznes mərkəzində mühazirələrlə çıxış edib.

Həmçinin xanım Rosten Milli Biznes İnkubasiya Birliyinin (NBİA) üzvü, Elm Parkları və İnnovasiya Mərkəzlərinin Ekspert Qrupunun (SPİCE) üzvü, San-Xose Ticarət Palatasında, Silikon Vadisində beynəlxalq işlər üzrə direktor olub.

Qeyd edək ki,sabah saat 11.00-da Yüksək Texnologiyalar Parkında İnqrid Rostenin startapçılar üçün də təlim görüşü keçiriləcək.

Təlimdə yerli startapçıların beynəlxalq təcrübə toplaması, qlobal satış və satış menecmenti, qlobal rəqabət qarşısında uğura nail olmağın yolları, satışların effektivliyinin artırılması imkanları üzrə mühazirələr nəzərdə tutulur.

// Play
>> Skip