IE Venture Day Baku yarışmasının qalibləri məlum oldu!

Dünyanın 35 şəhərində təşkil edilən IE Venture Day tədbiri Azərbaycanda ilk dəfə 3 dekabr tarixində Bakı Biznes Mərkəzində (Baku Business Center) keçirildi.

Yüksək Texnologiyalar Parkı və İE Business School-un birgə təşkil etdiyi, Youth Inc. və Deloitte-ın təşkilati dəstək göstərdiyi Venture Day Baku tədbirinə Uber, Bakcell, Golden Pay və EuroDesign şirkətləri sponsorluq etdi.

Tədbir zamanı beşi Azərbaycandan olmaqla, on bir ən güclü startap öz biznes ideyalarını nüfuzlu investorlar qarşısında təqdim etmək üçün səhnəyə çıxdı.

Startap yarışmasından əlavə tədbir həmçinin Böyük Britaniya, ABŞ, İspaniya, Braziliya, Rusiya, Bolqarıstan, Estoniya, Belarus, Ukrayna və Azərbaycandan olan top-spikerlərin iştirak etdiyi konfransı daxil edirdi.

Nəhayət günün sonunda Venture Day Baku yarışmasının üç qalibi elan olundu:
3-cü yer: NOOB (Azərbaycan)
2-ci yer: PAWER (İspaniya)
1-ci yer: PAYMENT FIREWALL (Belarus)

Venture Day Baku yarışmasının qaliblərinə müvafiq olaraq üç əsas mükafat təqdim olundu: IE Venture Day Madrid tədbirində 10 finalistdən biri kimi çıxış etmək şansı (bütün xərclər qarşılanır), Executive Education proqramının istənilən kursu üzrə IE Business School-da 100% təqaüd və partnyorlarımız tərəfindən pulsuz təqdim edilən ofis ilə birgə 3 aylıq inkubasiya müddəti.

Biz bütün “Venture Day Baku” tədbirinin qaliblərini təbrik edir və gələcəkdə onlara uğurlar arzulayırıq!

Tədbirin rəsmi partnyorları: Bakcell Applab, Coca-Cola, Hesab.az, ADA Universiteti və Azərbaycandakı Amerika Ticarət Palatasıdır.

Tədbirin media partnyorları: bel.biz, 1news.az və ictnews.

Tədbir canlı olaraq myvideo.az saytı üzərindən yayımlanırdı.

// Play
>> Skip