Cənab Prezident Bakutel 2013 sərgisində YTP-nın stendini ziyarət etdi

Dekabrın 2-də, 2013 Qafqazın və Xəzər regionunun ən böyük telekommunikasiya və informasiya texnologiyaları sərgisi Bakıda işə başladı. Bu il sərgidə ABŞ, İtaliya, Əfqanıstan və həmçinin digər ölkələr iştirak etdi. İştirakçılar telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk texnologiyaları, proqram təminatı, o cümlədən texnoloji innovasiyalar və digər məhsulları nümayiş etdirdilər. Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov Dövlət Başçısı İlham Əliyevi “BakuTel” sərgisində ilk dəfə yaradılan “İnnovativ məhsullar və həllər” adlı milli pavilyon haqqında məlumatlandırdı. Sərgidə həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən son illərdə həyata keçirilən layihələr haqda daha ətraflı məlumat təqdim olundu. Qeyd olunmuşdur ki, hal-hazırda əhalinin 70% internet istifadəçisidir, onlardan 50% genişzolarlı internetdən istifadə edir. Bundan savayı, hər 100 nəfərdən 110-u mobil rabitə abunəçisidir, 3G və 4G texnologiyaları həyata keçirilir.

Həmçinin Prezident İlham Əliyevə Yüksək Texnologiyalar Parkı haqqında geniş məlumat verilmişdir. Dövlət Başçısının Fərmanı əsasında yaradılmış Parkın əsas funksiyası İKT, digər yeni və yüksək texnologiyalar, burada işləyən fiziki və hüquqi şəxslər üçün rahat şərtlərin qurulması üçün fəaliyyəti artırmaqdır. Bu səbəblə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində yaradılan “Yüksək Texnologiyalar Parkı” MMC üçün Pirallahı rayonunda 50 hektar ərazi ayrılmışdır.

// Play
>> Skip