Blockchain nədir?

27 oktyabr tarixində Yüksək Texnologiyalar Parkında Blockchain üzrə mütəxəssis Samir Nuriyev tərəfindən seminar keçirilmişdir.Seminarda Blockchain haqqında ətraflı məlumat verilmişdir.

Blockchain, ən geniş mənada, əməliyyatları rəqəmsal platformada şəffaf və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir. Blockchain Azərbaycan dilinə tərcümədə “bloklar zənciri” anlamına gəlir.

Blockchain imkaları;

Aşağı qiymət və sürətli işləmə

mərkəzə və vasitəçi zərurəti olmayan sistem ilə, ucuz, fasiləsiz və sürətli əməliyyatlar aparmaq mümkündür.
İzlənilə bilən şəffaf sistem
Blockchain ilə siz, məlumatların haradan daxil olduğu, haraya göndərildiyi, əməliyyatların kimlər tərəfindən yerinə yetirildiyini izləyə biləcəksiniz.
Saxta tranzaksiyaların qarşısı alınır
Sistemdəki əməliyyatlardan birdən artıq nöqtədə olduğu təsdiq edildiyi təqdirdə, sistemdə yarana biləcək təhlükələri və dələduzluqları aradan qaldırır.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

// Play
>> Skip