Beynəlxalq səviyyəli mentor Yüksək Texnologiyalar Parkında startapçılara təlim keçəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) dəstəyi, həmçinin nazirliyin tabeliyində Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC və “Golden Pay” şirkətinin birgə təşkilatçılığı ilə innovativ sahibkarlığa dəstək məqsədilə təlim keçiriləcək. 14-15 mart tarixlərində Yüksək Texnologiyalar Parkında baş tutacaq tədbir startapçılar üçün nəzərdə tutulur.

Təlim təcrübəli mentor, biznes inkubasiya və innovativ mərkəzlərin inkişafında, həmçinin marketinq sahəsində konsultant olan xanım İnqrid Rosten tərəfindən aparılacaq.

Təlimdə yerli startapçıların beynəlxalq təcrübə toplaması, qlobal satış və satış menecmenti, qlobal rəqabət qarşısında uğura nail olmağın yolları, satışların effektivliyinin artırılması imkanları üzrə mühazirələr nəzərdə tutulur.

Qeyd edək ki, İnqrid Rosten Amerikada Silikon Vadisində, NASA Kosmik Proqramında, həmçinin 30-dan çox beynəlxalq biznes mərkəzində mühazirələrlə çıxış edib.

Həmçinin xanım Rosten Milli Biznes İnkubasiya Birliyinin (NBİA) üzvü, Elm Parkları və İnnovasiya Mərkəzlərinin Ekspert Qrupunun (SPİCE) üzvü, San-Xose Ticarət Palatasında, Silikon Vadisində beynəlxalq işlər üzrə direktor olub.

// Play
>> Skip