Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “BakuTel 2016″ sərgisini ziyarət etdi

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “BakuTel 2016″ sərgisində Yüksək Texnologiyalar Parkının stendi ilə tanışlıq zamanı yerli startapçılar tərəfindən hazırlanan məhsullara baxdılar. “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların yaratdıqları oyunlar ölkəmizdə və xaricdə uğur qazanan, yüksək keyfiyyətli qrafik oyunlardır. Bu məhsullar arasında Bakı Treki və müxtəlif səviyyəli innovativ oyunlar maraqla qarşılanır.

Sonra dövlət başçısına innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara göstərilən dəstək və yaradılan şərait barədə məlumat verildi.

// Play
>> Skip