Bakıda ikinci E-tohum tədbiri

Mayın 31 Yüksək Texnologiyalar Parkı ikinci E-tohum tədbirini təşkil etdi. 212-dən Numan Numanbayraktaroğlu, Sporx təsisçisi İlkan Gökyılmaz, Monitera-nın təsisçiləri Metin Kahraman, Harun Pekşen, Hazelcast təsisçisi Fuad Məlikov və bir çoxları iştirakcılar qarşısında çıxış etdilər. İştirakçıların ideyalarını dinlədikdən sonra onlara qiymətli mentor tövsiyələri verdilər.

E-tohum Türkiyədə Online Startup sahəsində ən vacib oyunçulardan biridir. Bu layihəyə 2008-ci ilin yayında start verilib. E-tohum şirkətlərlə, investorlarla və peşəkarlarla birgə öz internet şirkətini təsis etmək istəyən, yeni iqtisadiyyat üzrə yaxşı biliklərə sahib olan sahibkarları bir araya gətirmək məqsədi daşıyan bir məkandır.

// Play
>> Skip