Bakıda 3D çap üzrə konfrans keçiriləcəkdir

12 Fevral Park İnn by Radisson otelində 3D çap üzrə unikal konfrans təşkil olunacaq.

Smile-Expo şirkətinin 3D Print tədbirləri artıq Almata, Kiyev və həmçinin Moskvada çox uğurla həyata keçirilib. Bundan əlavə Rusiyanın paytaxtında 3D çap sahəsində ən böyük 2 sərgi təşkil edilmişdir.

Konfrans hissəsindən əlavə iştirakçılar üçün printerlərin gücünü nümayiş etdirmək məqsədilə demozonalar təşkil ediləcək.

Yüksək Texnologiyalar Parkı da öz növbəsində tədbirin informasiya dəstəyini həyata keçirəcəkdir.

Tədbir haqqında daha ətraflı məlumat və qeydiyyatdan keçmək üçün http://3dprint.az/az ziyarət edə bilərsiniz.

// Play
>> Skip