Azərbaycanlı startapçılar “Startup Turkey 2017″-də iştirak edirlər

Türkiyənin Antalya şəhərində keçirilən “Startup Turkey-2017″ qlobal startap tədbirində azərbaycanlı startapçılar da iştirak edir. Yerli startap layihələri arasından seçilmiş 3 layihə (Kvotter, Expander, Spinal) artıq təqdimat panelində öz məhsullarını iştirakçılara təqdim ediblər. Final mərhələsində Azərbaycanın uğurlu startap layihələrindən olan “Spinal” layihəsi də yer alıb.

Qeyd edək ki, final mərhələsində 15 startap layihəsi var. Məlumat üçün bildirək ki, “Startup Turkey 2017″ proqramında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən 6 startap layihəsi – “Code Academy”, “WeTravel”, ” Omarov’s Game Studio”, “Custom AR”, “Spinal” və “Kvotter”-in nümayəndələri iştirak edir. Regionun ən yaxşı sahibkarlarını, investor, mələk yatırımçıları, vençur fondları, innovativ şirkət və layihələrini bir araya gətirən tədbirdə 700 iştirakçı, 150-dən çox investor və 100-dən çox startap layihəsi təmsil olunur.

// Play
>> Skip