“Azərbaycan öz iqtisadiyyatı və regional yerləşməsi ilə yaxşı mövqeyə sahibdir”

THE BUSİNESS YEAR jurnalı Yüksək Texnologiyalar Parkının Direktoru Seymur Ağayevlə Elmi Araşdırmalar Mərkəzinin inkişaf etdirilməsi, Pi Campus biznes inkubatoru və yerli və xarici investisiyalardan olan gözləntilər barəsində söhbət apardı.
- Yüksək Texnologiyalar Parkı nədir və təsis edildiyi gündən nələrə nail olub?
Yüksək Texnologiyalar Parkı Cənab İlham Əliyevin Noyabrın 5, 2012-ci ildə imzaladığı Fərman ilə ərsəyə gəlib. Fərman əsas məqsədi enerji resurslarından gələn gəlirin insan kapitalını inkişaf etdirmək üçün istifadə olunması olan Azərbaycan 2020: Gələcəyə Baxış çərçivəsində imzalanmışdır. Yüksək Texnologiyalar Parkı İKT-nın Azərbaycanda gələcək inişafı üçün nəzərdə tutulan Qızıl Üçbucağın sütunlarından biridir; o həmçinin İT Universiteti və İT İnkişafı üzrə Dövlət Fondunu daxil edir. Yüksək Texnologiyalar Parkı fəaliyyətə 2013-cü ilin ortasında başladı, və bu günə kimi biz orta yaş 29-a bərabər olan gənc personalın formalaşmasını bitirdik. Eyni zamanda bizə Bakıya çox yaxın olan Pirallahı Adasında 50 hektar rərazi ayrılmışdır. İnvestorlar və potensial rezidentlər üçün torpaq, əmlak və lazımi infrastruktur və texnoloji avadanlqlar idxalı üzrə ƏDV, o cümlədən mənfəət vergisindən yeddi il azad edilməni daxil edən vergi güzəştləri parlament tərəfindən çox qısa bir zaman ərzində təsdiq edilməyi layihənin əsas hissəsi sayılır. Miqrasiya və gömrük kimi digər güzəştlər hal-hazırda müzakirə edilir. Nəzərə alaraq ki, ərazinin inkişaf etdirilməsi zaman alacaq və bu səbəblə vaxt itirməmək üçün biz Bakının Mərkəzində yüksək texnologiyalar yönümlü startupları dəstəkləmək məqsədilə inkubasiya mərkəzi Pi-Campusu təsis etdik. “Pi” adanın adından və rizayiyyat simvolundan irəli gəlir. Biz hal-hazırda bu biznes inkubatorunun bir hissəsi olmaq istəyən proqramçılar üçün qaydaları yekunlaşdırırıq və Fevralda açılmağı planlaşdırırıq.
- Növbəti bir neçə il ərzində sizin əsas məqsədlərinin hansılardır?
Statistikaya əsasən, təxminən dünyadaki 400 texnoparkın 56% dövlətə məxsusdur, və bu belə layihələr üçün dövlət dəstəyinin və iştirakının nə dərəcədə vacib olduğunu göstərir. Bu layihəni idarə etmək üçün təsis olunmuş bir şirkət olaraq, biz ilk növbədə layihələri və investisiyaları müəyyən etmək istəyirik. Biz bundan öncə qeyd olunan Pi-Campus pilot layihəsi ilə başlayırıq, amma yenə də biz həmçinin hələ ərazi inkişaf etdirmə mərhələsindəyik. Bizim tələblərə və bizim ilkin araşdırmalar və danışıqlara əsaslanaraq ilk növbədə ərazinin ümumi master planı hazırlanmalıdır. Layihənin yeni olduğuna görə, biz inkişafın master planı ilə yanaşı potensial investorlar üçün infrastruktur üzrə paket hazırlayırıq. Bundan sonra, 2014-cü il ərzində biz öz gələcək investorlarımız üçün cəlbedici biznes paketini yekunlaşdırmağı planlaşdırırıq.
- Yerli və xarici investorlar arasında hansı balansı uyğun sayırsınız?
Biz hər hansı bir məhdudiyyətdən yayınmağa çalışırıq. Biz biznes axtarırıq. Əgər yerli biznes bizə maraqlı ideya təqdim edirsə, əlbəttə biz onu inkişaf etdirib bazara çıxaracayıq. Lakin, əgər xarici investorlar qiymətli layihələrlə qarşımıza çıxsa bizim qapılarımız onlar üçün həmçinin açıqdır. Xarici şirkətlərin öz Elmi Araşdırma mərkəzlərini Azərbaycana gətirmələri, və ən vacibi onların belə addımlar üçün nələr tələb edəcəklərini görmək bizim üçün maraqlıdır. Bizim əsas məqsədlərimizdən biri regional texnologiya parkı qurmaq və regionda əsas oyunçulardan birinə çevrilməkdir. Biz bununla işlədiyimiz zaman həmçinin Yüksək Texnologiyalar Parkında yerləşməkdə maraqlı olan potensial icarəçiləri cəlb etmək üzrə araşdırmalarımıza da davam edəcəyik. Bu növbəti bir neçə il ərzində baş verəcək sinxron işin ikinci hissəsidir. İlk növbədə biz qısa bir siyahı hazırlayacayıq və ondan sonra bir bir Azərbaycana gəlmək istəyən şirkətlərin tələblərini müəyyənləşdirəcəyik. Göründüyü kimi üçüncü mərhələ icarəçilərin tələblərini təmin edəcək və onları cəlb edəcək master planının uyğunlaşdırılmasıdır.
- Sizcə Azərbaycan nə dərəcədə innovasiya mərkəzinə çevrilməyə hazırdır?
Biz innovasiyanı ixtira üstəgəl kommersiyalaşdırma kimi müəyyən edirik. Azərbaycanda ixtiraların sayını çoxaltmaq üçün Yüksək Texnologiyalar Parkı qabaqcıl infrastruktur təmin edəcək. Bu ixtiraların kommersiyalaşdırmasını mümkün etmək üçün biz inanırıq ki, Azərbaycan öz iqtisadiyyatı və regional yerləşməsi ilə yaxşı mövqeyə sahibdir. Bundan başqa bizim mədəniyyət ticarət və alış-verişə açıqdır. Bizi ən çox həvəsləndirən Azərbaycan gəncliyinin yüksək texnologiyalara qarşı göstərdiyi maraqdır. Siz dünyada müxtəlif İT şirkətlərdə çalışan bir çox Azərbaycanlı İT mütəxəssisləri tapa bilərsiniz. Məhz buna görə biz yeni layihəyə start veririk, lakin eyni zamanda da biz bu layihəni həm milli həm də regionun ən uğurlu layihələrindən birinə çevirmək üçün əsas plana sahibik.
- Pi-Campus hal-hazırda inkişafın hansı mərhələsindədir?
Pi-Campus inkubatoru Fevralda işə başlayacaq. İndi isə biz ilk növbədə inkubatorun hissəsi olmağa hazır olan layihələrin qısa siyahısını hazırlamaqla məşğuluq, və hal-hazırda Yüksək Texnologiyalar Parkının bir hissəsi olmağa hazır 13 layihə və iki planlaşdırma mərhələsində olan layihə var. Biz birinci Pi-Campusun inkubasiya mərkəzini işə salacayıq. Sonra isə rezidentlərin bundan qabaq sadalanan vergi güzəştlərini əldə etmək üçün şirkətlər tərəfindən keçiləcək müəyyən prosedurları keçəndən sonra bütün rezident faydalarına yiyələnmək mümkün olacaq.

Mənbə: news.az

// Play
>> Skip