Azərbaycan nümayəndə heyəti “ITU Telecom World 2014” sərgi-konfransında iştirak edir

Qətərin Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “ITU Telecom World 2014″ sərgi-konfransının açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Nümayəndə heyətinin tərkibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin, qeyri-hökumət təşkilatlarının, o cümlədən Yüksək Texnologiyalar Parkının təmsilçiləri daxildir.

Sərgidə Azərbaycanın xüsusi stendi fəaliyyət göstərir və  40-a yaxın yerli  şirkət sərgidə iştirak edir.

Açılış mərasimindən sonra sərgidə iştirak edən çoxsaylı ölkələrin stendlərinə baxış keçirilib. BTİ-nin, Qətərin və müxtəlif ölkələrin rəhbərləri  Azərbaycan stendi ilə tanış olublar.

Nazir Əli Abbasov Azərbaycanda İKT sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib.

Sərginin açılış mərasimindən sonra müxtəlif mövzularda forumlar, diskussiyalar və panellərdə müzakirələr başlanıb.

Sərgi çərçivəsində keçirilən bir sıra tədbirlərdə nazir Əli Abbasovun çıxışları olub.

Dekabrın 10-dək davam edəcək tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin müxtəlif ölkələrin müvafiq qurumlarının rəhbərləri ilə ikitərəfli görüşləri, bölmə iclaslarında iştirakı nəzərdə tutulub.

Mənbə: ictnews.az

// Play
>> Skip