“Açıq İnnovasiyalar üzrə Startap Turu”nda ilk dəfə Azərbaycanın ən yaxşı startapları seçildi

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində ilk dəfə keçirilən “Open Innovations Startup Tour” (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində Azərbaycanın ən yaxşı startapları müəyyən edilib.
Müsabiqədə iştirak edən layihələr üçün biotibb, informasiya texnologiyaları və sənaye istiqamətləri əsas olub.
Arif Mövsümzadə, Aleksey Cəfərov və Fidan Rüstəmovadan ibarət “Spinal” komandasının “Lia” layihəsi, Orxan Əhmədovun “Kvotter” layihəsi, Şahlar Paşayevin “Sağlam Yaşam platforması” layihəsi turun qalibi olublar.
Müsabiqə qalibləri mükafatla yanaşı, “Skolkovo” Texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün “Startup Village” startap-konfransında iştirak hüququ əldə edib.

“Açıq İnnovasiyalar üzrə Startap Turu”nun əsas məqsədi yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.

İkigünlük tədbirdə Rusiyadan “Skolkovo” texnoparkının nümayəndələri, yerli və beynəlxalq startaplar, biznes qurumlarının təmsilçiləri iştirak edib. Tədbir startapçılar, biznes nümayəndələri üçün əlaqələrin yaradılması, təcrübə mübadiləsi üçün əlverişli platforma rolunu oynayıb.

// Play
>> Skip