Missiya və Gələcəyə Baxış

Azərbaycan sürətlə artan və iddialı ölkədir. Bizim iqtisadiyyatımız on il ərzində artıq dörd dəfədən çox artıb və bu yüksəliş ölkəmizdə aydın şəkildə görünür. Bu iqtisadi bum neft və xidmət sektorlarının artımı nəticəsində baş vermişdir. Bu artım boyunca Azərbaycan Dövlətinin məqsədi biliklərə əsaslanan iqtisadiyyata keçmək məqsədilə iqtisadiyyatın diversifikasiyası olmuşdur.
Bu məqsədə çatmaq üçün, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycanın Yüksək Texnologiyalar Sektoruna töhfə vermək üçün “Qızıl Üçbucağın” təməlini qoymaq məqsədilə 2012-ci ilin Noyabr ayında Fərman imzalamışdır. Qızıl Üçbucaq Yüksək Texnologiyalar Parkı, İKT Fondu və İT Universitetini daxil edir. Hər üç təşkilat 2013-cü ildə yaranmışdır və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəznində fəaliyyət göstərir.
Yüksək Texnologiyalar Parkı Azərbaycanın yüksək texnoloji iqtisadi inkişafının təməl layihəsidir. Bizim missiyamız qabaqcıl avadanlıqlar, iqtisadi güzəştlər və biznes xidmətlərindən ibarət olan biznes üçün səmərəli mühiti təmin edərək Azərbaycanda və regionda yüksək texnologiyalara əsaslanan iqtisadiyyata töhfə verməkdir. Yüksək texnologiyalar sektorunu dəstəkləyən siyasət üzrə tövsiyələr formalaşdırmaqla, regionda yüksək texnoloji biliklərin və fəaliyyətlərin mərkəzinə çevrilmək məqsədilə saysız tədbirlər təşkil etməklə, və bizim gələcəyə baxışımızı bölüşən dünya şöhrətli beynəlxalq təşkilatlarla əməkdaşlıq quraraq ekosistemimizdə yeniliklər gətirən agent olmaqla öz missiyamıza çatmağı qarşımıza məqsəd qoymuşuq.
Əgər siz də bu yüksək texnoloji iqtisadiyyatın inkişafı missiyasının bir hissəsi olmaq istəyirsinizsə, sizi Bakıda görməyə şad olardıq. Biz sizin Azərbaycanda yerləşən yüksək texnoloji biznesinizin uğurunu dəstəkləmək üçün əlimizdən gələni edəcəyik.

Xoş arzularla,
Seymur Ağayev
Yüksək Texnologiyalar Parkının Direktoru