“500 Startups” Yüksək Texnologiyalar Parkında

Bu ilin 3 noyabr tarixində Yüksək Texnologiyalar Parkının (YTP) “Pi Campus” Biznes İnkubasiya Mərkəzində “500 Startups”-ın təsisçisi Dave McClure və sərmayə tərəfdaşı Hasan Haiderin iştirakı ilə startuplarla görüş keçirilmişdir.

“500 Startups” erkən əsaslı investisiya və inkubator proqramı olaraq öz fəaliyyətini istehlakçı və kiçik və orta Internet startuplara yönləndirib. Proqramın maraq dairəsinə maliyyə xidmətləri və e-ticarət; axtarış, sosial, və mobil platformalar; şəxsi və biznes məhsuldarlıq; təhsil və dil; ailə və səhiyyə; və web infrastrukturu kimi istiqamətlər daxildir. 

“500 Startups” Dave McClure tərəfindən 2010-cu ilin Aprel ayında təsis edilmişdir və hal-hazırda Mountain View, Kaliforniyada yerləşir.

// Play
>> Skip