Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yüksək Texnologiyalar Parkı – “YT Park” MMC-nin yeni əmtəə nişanı (loqo) təqdim olunub. Loqo Yüksək Texnologiyalar Parkında elmin və innovasiyanın inkişafını təcəssüm etdirir. Əmtəə nişanının mərkəzində yerləşən əsas elementlər elmi tədqiqatları və yüksək texnologiyaların vəhdətini bildirir. Kənar hissədəki səkkizguşəli ulduz isə Azərbaycan Respublikasının dövlət bayrağı və gerbinin […]

Yüksək Texnologiyalar Parkında “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” mövzusunda seminar keçirilib. Tədbirdə start-up şirkətlərin nümayəndələri ilə yanaşı, Bakı Fond Birjasının (BFB) üzvü olan investisiya şirkətləri və özəl sektor təmsilçiləri də iştirak edib. Seminarda “Borsa İstanbul”un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün öz çıxışında “Start-up şirkətlərinin maliyyələşmə yolları”, “Şirkətin dəyərləndirilməsi və bazarda dəyər […]

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan “Yüksək Texnologiyalar Parkı”nın (“YT Park”) dəstəyi ilə cari ilin 7 noyabr tarixində “Start-up-ların Kapital Bazarları vasitəsilə maliyyələşməsinin yolları” adlı təlim keçiriləcək. Bakı Fond Birjası ilə birgə “YT Park”da təşkil ediləcək təlim “Borsa İstanbul”un Marketinq və Satış Departamentinin müdiri Adnan Serhat Görgün tərəfindən aparılacaq. Təlim “Şirkət dəyərləndirilməsi üçün alətlər […]

// Play
>> Skip