18-21 Aprel tarixlərində Yüksək Texnologiyalar Parkında “Baku Startup Weekend” tədbiri keçirildi

“Startup Weekend” startaplar təsis etməyin və uğurlu investisiya əldə etməyin əsaslarını öyrənən fəal və səlahiyyətli sahibkarların əsas qlobal hərəkatıdır. Bu 100 ölkədə 400-dən artıq tədbir həyata keçirmiş iddialı sahibkarların ən böyük icmasıdır. Cənubi Afrikadan Londona, Braziliyaya, Azərbaycana kimi dünyanın hər bir tərəfindən insanlar ideyalarını təqdim etmək, komanda qurmaq və şirkətin əsasını qoymaq məqsədilə həftəsonu boyu keçirilən təlimlərdə bir araya gəlirlər. “Baku Startup Weekend” Qlobal Startup Weekend tədbirlər silsiləsinin bir hissəsidir.

Tədbir çərçivəsində sahibkarlar, dizaynerlər və proqramçılar innovativ texnologiyalara əsaslanan komandalar qurdular və öz startaplarını münsiflər heyətinin qarşısında təqdim etdilər. Prosesin səmərəliyini artırmaq məqsədilə professional mentorlar öz təcrübələrini iştirakçılarla bölüşdülər. Üç gün davam edən tədbirdə Hoxton Ventures-un təsisçi partnyoru Hussein Kanji, Commit Network-un İdarəedici Partnyoru, türkiyəli sahibkar Alper Celen və Startup Weekend-ın proqram direktoru John Beadle iştirakçılar qarşısında çıxış etdilər.

Nəzərə çatdıraq ki, “Startup Weekend” tədbiri artıq 100-dən çox ölkədə keçirilib.

// Play
>> Skip