160 saylı məktəbin şagirdləri bu gün YTP-də olmuşdurlar

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi arasında birgə layihə çərçivəsində Yüksək Texnologiyalar Parkında 160 saylı məktəbin şagirdləri üçün təşkil olunmuş tədbir uğurla sona çatmışdır.

Burada şagirdlər üçün kiçik ekskursiya təşkil olunmuş, YTP-də fəaliyyət göstərən startapların bir neçəsi ilə tanışlıq keçirilmiş və YTP haqda şagirdlərə məlumat verilmişdir. Sonradan tədbirə qoşulan Neuron Technologies şirkətinin direktoru İsmayıl Ələkbərov Azərbaycanda İKT sektorunun inkişafı və bu sahədə görülən işlər barəsində kiçik təqdimat keçirmiş və şagirdlər üçün maraqlı olan mövzulara toxunaraq onlarla fikir mübadiləsi aparmışdır.

// Play
>> Skip